D8 Təşkilatının 11-ci Zirvə Toplantısında iştirak və çıxış etmək üçün Misirə səfər edən doktor Məsud Pezeşkiyan cümə axşamı səhər saatlarında öz iqamətgahında bu təşkilatın Baş katibi cənab İsaka Əbdulqadir İmamla görüşüb.
Pezeşkiyan bu görüşdə D8 Təşkilatını geniş bazar və ticarət, mədəni, elmi və texnoloji mübadilələri gücləndirmək və inkişaf etdirmək üçün üzv İslam ölkələri üçün əlverişli imkan və platforma hesab edərək deyib: “İnanırıq ki, D8 qrupunda verilən təsdiq və qərarlar yaxşı izlənilsəydi və həyata keçirilsəydi, bu təşkilatın imkanlarından 8 İslam ölkəsinin maksimum faydasını görərdik.”
Prezident bildirib: “Əgər biz İslam ölkələri belə bir təşkilat şəklində qərar qəbul ediriksə, onun həyata keçirilməsinə sadiq olmalıyıq. Hesab edirəm ki, bu zirvə toplantısında qarşımızda duran ən mühüm məsələlərdən biri də qərarların həyata keçirilməsinin vurğulanması və diqqət mərkəzində saxlanılmasıdır.”
Doktor Pezeşkiyan əlavə edib: “Üzv olan İslam ölkələrinin birgə sərmayə qoyması məqsədilə D8 üçün inkişaf fondunun yaradılması, bu baxımdan təsirli addım olacaq və İran İslam Respublikası belə bir fond yaratmağa hazır olduğunu bəyan edir.”
Sizin rəyiniz